İQTİSADİYYAT

Yeni nazir yenilikləri açıqlayacaq

Konfransda vergi siyasətinin gələcək istiqamətləri, vergi inzibatçılığında dəyişikliklərdən danışılacaq
Sputnik

BAKI, 5 fevral — Sputnik. Yaxın günlərdə Vergilər Nazirliyi yeni vergi siyasəti və vergi inzibatçılığında aparılacaq dəyişikliklərə həsr edilmiş konfrans keçirməyi planlaşdırır. Sputnik Azərbaycan-a Vergilər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirə dövlət qurumları, iri və orta şirkətlərin nümayəndələri, sahibkarların ictimai birlikləri, millət vəkilləri, ekspertlər, ictimai təşkilatların nümayəndələri dəvət ediləcək.

Konfransda vergi siyasətinin gələcək istiqamətləri, vergi inzibatçılığında dəyişikliklər, vergi orqanlarının sahibkarlarla quracağı iş prinsipləri və s. bağlı müzakirələr aparılacaq, vergi sisteminin səmərəliliyinin artırılması istiqamətində millət vəkillərinin və ekspert cəmiyyətinin təklifləri dinləniləcək.