Afrindən acı xəbər: Şəhidlərin sayı 15-ə çatdı...

Terrorçuların açdığı atəş nəticəsində Kuri Təpə ərazisində türk ordusunun əsgəri şəhid olub
Sputnik

BAKI, 5 fevral — Sputnik. Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində davam edən əməliyyat zamanı növbəti şəhidini verib. Sputnik AzərbaycanSözçü-yə istinadən xəbər verir ki, PKK/PYD-YPG terrorçu qruplaşmasının minaatandan açdığı atəş nəticəsində Kuri Təpə ərazisində türk ordusunun əsgəri şəhid olub.

Qeyd edək ki, əməliyyat başlayandan bu yana şəhid olan hərbçilərin sayı 15-ə çatıb. Daha 62 əsgər yaralanıb. Bundan başqa, Afrin bölgəsindən Türkiyə ərazisinə raket atılması nəticəsində 10-a yaxın dinc sakin də ölüb.

Türk ordusunun məhv etdiyi terrorçuların sayı isə 1000-ə çatıb. Terrorçuların xeyli sayda bazası və hərbi texnikası da məhv edilib.