HADİSƏ

Tanınmış yaşayış kompleksində partlayış baş verib - VİDEO

Hadisəyə qaz sızmasının səbəb olduğu bildirilir
Sputnik

BAKI, 5 fevral — Sputnik. "Akkord" Şirkətlər Qrupunun inşa etdiyi Abşeron Gənclər Şəhərciyində (AGŞ) partlayış baş verib. Bu barədə Sputnik Azərbaycan-a şəhərcikdə yaşayan sakinlər məlumat veriblər.

1 / 3
Abşeron Gənclər şəhərciyindəki evlərdən birində partlayış baş verib
2 / 3
Abşeron Gənclər şəhərciyindəki evlərdən birində partlayış baş verib
3 / 3
Abşeron Gənclər şəhərciyindəki evlərdən birində partlayış baş verib

AGŞ-in komendantlığından əldə etdiyimiz məlumata görə, partlayış şəhərciyin 11 mərtəbəli yaşayış binasının 32-ci blokunun 6-cı mərtəbəsində baş verib. Hadisəyə qaz sızmasının səbəb olduğu bildirilir.

Partlayış nəticəsində partlayış baş verən evə və həyətdəki maşınlara ziyan dəyib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.