CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident seçkiləri ilə bağlı cədvələ dəyişiklik edildi

Ən uyğun vaxt müəyyənləşdiriləcək və bununla bağlı klublara məlumat veriləcək
Sputnik

BAKI, 5 fevral — Sputnik. Futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin oyunlarının vaxtı dəyişdiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, 11 aprel tarixində Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcəyindən həmin günə planlaşdırılan oyunların vaxtı dəyişdirilir.

Qurumun mətbuat xidmətindən bildiriblər ki, qarşılaşmaların hansı vaxta keçirilməsi hələ bəlli deyil. Hal-hazırda texniki idman şöbəsi bu işlə məşğuldur. Ən uyğun vaxt müəyyənləşdiriləcək və bununla bağlı klublara məlumat veriləcək.

Qeyd edək ki, ölkə kubokunda yarımfinal mərhələsinin ilk oyunları aprelin 11-də, cavab qarşılaşmaları isə 18-də keçirilməli idi.