CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda yüksək ranqlı məmur işdən çıxarıldı

Elmir Vəlizadə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin olunub
Sputnik

BAKI, 5 fevral — Sputnik. Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov vəzifəsindən azad olunub. Sputnik Azərbaycan nazirliyin rəsmi saytına istinadla xəbər verir ki, Məmmədovun adı nazir müavinləri siyahısından çıxarılıb.

Qeyd edək ki, prezident İlham Əliyevin 2 fevral 2018-ci il tarixli sərəncamı ilə Əli Abdullayev nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini və 2 fevral 2018-ci il tarixli digər sərəncamı ilə Elmir Vəlizadə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin olunub.