SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezidentin köməkçisindən növbədənkənar seçkilərlə bağlı çağırış

Əli Həsənov: "Siz həmişə İlham Əliyevi dəstəkləmisiniz və bu dəfə də öz sözünüzü deyəcəksiniz"
Sputnik

BAKI, 5 fevral — Sputnik. Bu il aprelin 11-də ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu, həmkarlar ittifaqları qarşısında növbəti vəzifə qoyur".

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V Qurultayında çıxış edən Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov belə açıqlama verib.

"Bilirəm ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultaylarında ənənəvi olaraq prezident İlham Əliyevin yenidən prezidentliyə namizədliyi irəli sürülür. Sizin hamınızı növbədənkənar prezident seçkilərində fəal iştirak etməyə çağırıram", — o bildirib.

"Siz həmişə İlham Əliyevi dəstəkləmisiniz və bu dəfə də öz sözünüzü deyəcəksiniz", — Ə.Həsənov əlavə edib.