CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Alternativ istiqamət seçin: Bu yol da bağlandı!

Öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur
Sputnik

BAKI, 5 fevral — Sputnik. Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində yerləşən dairə (“Karl Marks” dairəsi) aparılacaq təmir-tikinti işləri ilə əlaqədar olaraq bu gecədən etibarən (fevralın 5-dən 6-na keçən gecə) bağlanacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, nəqliyyat vasitələrinin hərəkəti müvafiq olaraq Atatürk prospekti (Ayna Sultanova) və Əli Mustafayev küçəsi (Xutor dairəsi) istiqamətinə yönəldiləcək.

“Təmir-tikinti işləri sözügedən hissədə nəqliyyat vasitələrinin sıxlığını azaltmaq məqsədi ilə aparılacaq və qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Buna görə sürücülərdən diqqətli olmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur”, – deyə məlumatda qeyd olunur.