Türkiyə ilə Amerikanı savaşa sürükləyəcək görüntülər ortaya çıxdı

Görüntülərdə ABŞ istehsalı olan çoxlu sayda zirehli avtomobilin YPG-lilərə göndərildiyi əksini tapır
Sputnik

BAKI, 5 fevral — Sputnik. ABŞ-ın, terror təşkilatı PKK-nın Suriya qolu olan YPG-yə silah yardımı davam edir. Sputnik Azərbaycan "Milliyet"-ə istinadla xəbər verir ki, bununla bağlı yeni görüntülər ortaya çıxıb.

Türkiyə sərhədinə xeyli yaxın olan Suriyanın Kamışlı bölgəsində çəkilən bu fotolarda ABŞ istehsalı olan çoxlu sayda zirehli avtomobilin YPG-lilərə göndərildiyi əksini tapır.

Qeyd edək ki, rəsmi Ankara PYD/YPG-nin PKK-nın Suriya qanadı olan terror təşkilatları kimi tanıyır. Vaşinqton isə həmin təşkilatların İŞİD-ə qarşı mübarizə apardığını və bu səbəbdən dəstəklədiyini iddia edir.

Onu da yada salaq ki, Türkiyə ordusu hazırda Suriyanın Afrin bölgəsində PYD/YPG terrorçularına qarşı "Zeytun budağı" adlı əməliyyat keçirir.