HADİSƏ

Qocalar evində yanğın oldu, ölən var

İngiltərədə qocalar evində yanğın olub, ölən və xəsarət alanlar var
Sputnik

BAKI, 4 fevral — Sputnik. İngiltərənin Stivenic şəhərində qocalar evində yanğın baş verib.

APA-nın verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Hadisə zamanı binada 41 nəfər olub. Yanğının səbəbləri hələ ki, məlum deyil.