Belə dostluq görməmisiniz

Sosial şəbəkə istifadəçiləri videonu birmənalı qəbul etməyib, öz fikirlərini bildiriblər.
Sputnik

BAKI, 4 fevral — Sputnik. Instagram-da paylaşılan video on minlərlə insanın diqqətini cəlb edib. Sputnik Azərbaycan xəbər verir ki, Instagram-da İlliana adlı autizm xəstəsi olan qız tərəfindən paylaşılan video izləyicilərin marağına səbəb olub. Videoda aslanın itin pəncəsini öpməsi təsvir edilib.

İlliananın sözlərinə görə, heyvanlar körpəlikdən bir yerə böyüdükləri üçün dost olublar.

Sosial şəbəkə istifadəçiləri videonu birmənalı qəbul etməyib, öz fikirlərini bildiriblər.