HADİSƏ

Pul ödəyə bilmədilər, qəbirdən çıxarıldılar

Meyidlərin sahibləri qısa bir zamanda gəlməsə, həmin mumyalar kimsəsizlər qəbiristanlığında dəfn olunacaq.
Sputnik

BAKI, 3 fevral — Sputnik. Qvatemalada ölülərə qarşı "hörmətsizlik" baş alıb. Söhbət bu Mərkəzi Amerika ölkəsindəki pullu qəbiristanlıqlardan gedir.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Qvatemalada bəzi ölən insanların yaxınları pullu qəbiristanlıqda qəbir kirayələyərək ölən qohumlarını mumiyaladaraq orada basdırırlar.

Son zamanlar bir çox ölülərin qohumları kirayə pulunu ödəmədiyi üçün onların mumiyası qəbirqazanlar tərəfindən çıxarılıb qəbiristanlığın bir küncünə qoyulur. Meyidlərin sahibləri qısa bir zamanda gəlməsə, həmin mumyalar kimsəsizlər qəbiristanlığında dəfn olunacaq.