RUSİYA

Müəllim dərsdə şagirdin saçını kəsdi

Məktəb direktoru hələ də məsələyə münasibət bildirməyib.
Sputnik

BAKI, 3 fevral — Sputnik. Rusiyanın Volqodonsk şəhərində şagirdə qarşı qəribə hərəkət etmiş müəllimə ərizə yazaraq işdən çıxıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, məktəbdəki şagirdlərdən birinin valideyni redaksiyaya şikayət edib. O bildirib ki, qızının riyaziyyat müəlliməsi Tatyana Alekseyenko onun saçını kəsib. Müəllimə bu addımı ona görə atıb ki, şagird saçı açıq şəkildə dərsə gəlib.

Valideyn bildirib ki, Təhsil Nazirliyinə şikayət ərizəsi yazıb, eyni zamanda sinif şagirdlərinin valideynləri birləşərək prokurorluğa şikayət ərizəsi yazmağı düşünürlər.

Jurnalistlər məsələni araşdıran zaman aydın olub ki, məktəbdə belə bir qanun var: Şagirdlər dərsdə saçlarını yığmalıdırlar.

Müəllimə dəfələrlə şagirdə xəbərdarlıq etsə də, şagird müəlliməni dinləməyib və kobud cavab verib. Müəllimə əsəbləşərək sağirdi cəzalandırmaq üçün saçından bir parça kəsib. Daha sonra müəllimə günahını anlayıb və özü ərizə yazaraq işdən ayrılıb.

Məktəb direktoru hələ də məsələyə münasibət bildirməyib.