CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Telekanalda qadınlara məsləhət: Ərinizin ayaqlarından öpün...

Bəzi tamaşaçılar bunun axmaq və təhqiredici hərəkət kimi qiymətləndirib
Sputnik

BAKI, 3 fevral — Sputnik. İran hökuməti “Seda-o-Simae-Ezd” kanalında yayımlanan proqramda deyilən sözlərə görə üzr istəyib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, kanaldakı proqramların birində ekspert qadınlara onları döyən ərlərinin ayaqlarından öpməyi məsləhət görüb.

"Biz üzr istəyirik. Və çalışacağıq ki, bundan sonra proqramları effektli şəkildə idarə edə bilək" – deyə kanaldan bildirilib.

Qeyd edək ki, ötən günlərdə kanalda yayımlanan proqramların birində qadın ekspert qadınlara məişətdə zorakılıqla üzləşdikləri zaman nə edəcəkləri barədə məsləhət verərkən bildirib ki, onlar belə vəziyyətə düşdükləri zaman ərlərinə masaj edib, ayaqlarından öpməlidirlər.

"Əgər sizin əriniz narkotik istifadəçisi olsa belə, o sizi döyəndə belə edin və sizin həyatınızda möcüzə baş verəcək" – deyə o əlavə edib. Qadının sözlərinə görə, bu hərəkət kişinin stressini, insult və infarkt riskinin azaldır.

Bəzi tamaşaçılar bunun axmaq və təhqiredici hərəkət kimi qiymətləndirib.