QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şahinoğlu: “ATƏT-in müşahidəçilərinin sayının artırılmasına razı olmamalıyıq”

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, müşahidəçilərin sayının artırılması ermənilərin maraqlarına xidmət edir
Sputnik

Elxan Şahinoğlu: “Bizim məqsədimiz düşmənə hərbi təzyiqi artırmaqdır”
“Əgər təmas xəttində ATƏT-in müşahidəçilərinin sayının artırılmasından söhbət gedirsə, hesab edirəm ki, burada müəyyən şərtlər yerinə yetirilməlidir”. Bunu Milli Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, biz gərək ATƏT-in müşahidəçilərinin sayının artırılmasına razılaşmayaq: 

“Onların məqsədi guya cəbhədə sakitliyi təmin etməkdir. Ancaq bu ermənilərin maraqlarına xidmət edir. Danışıqlarda irəliləyiş olmadığı üçün bizim məqsədimiz düşmənə hərbi təzyiqi artırmaqdır”.