Afrində Türkiyə ordusunun tankı vuruldu, beş hərbçi həlak oldu

Suriyanın Afrin bölgəsində Türkiyə Silahlı Qüvvələrinə məxsus tank vurulub
Sputnik

BAKI, 3 yanvar — Sputnik. Suriyanın Afrin bölgəsində Türkiyə Silahlı Qüvvələrinə (TSK) məxsus tank vurulub. 

Nəticədə türk ordusunun 5 hərbçi həlak olub.
Sputnik Türkiyə xəbər verir ki, bu barədə TSK Baş Qərargahının məlumatında bildirilir.

Xatırladaq ki, bu gün Türkiyə Silahlı Qüvvələrinin PKK, YPG və İŞİD terrorçularına qarşı Suriyanın Afrin bölgəsində keçirdiyi hərbi əməliyyat zamanı bir türk hərbçisi şəhid olub.
Digər bir türk hərbçisi isə Türkiyənin Afrinlə həmsərhəd Kilis əyalətində terrorçuların hücumu nəticəsində həlak olub.

Baş Qərargah bundan əvvəl Afrindəki əməliyyat zamanı ümumilikdə 5 hərbçinin həlak olduğunu bildirmişdi.
Beləliklə, bu gün Türkiyə ordusu terrorçularla mübarizədə 7 hərbçisini itirib.

TSK PKK, YPG və İŞİD terrorçularına qarşı Suriyanın Afrin bölgəsində "Zeytun budağı" hərbi əməliyyatı yanvarın 20-də başlayıb.