Döyüş bölgəsində jurnalist yaralandı

Baş nazirin müavini Bəkir Bozdağ da yaralı müxbirlə telefonla danışıb.
Sputnik

BAKI, 3 fevral — Sputnik. Suriyanın Afrin bölgəsində baş verənləri işıqlandırmaq üçün həmin əraziyə bir çox agentliklərin müxbirləri göndərilib. Sputnik AzərbaycanTürkiyə mediasına istinadən xəbər verir ki, Anadolu Ajansının fotoreportyoru Sarp Özerin olduğu bölgə raketlə vurulub.

Partlayış zamanı fotomüxbir Özer də yaralanıb. Jurnalistə ilkin tibbi yardım göstərilib və o döyüş bölgəsindən çıxarılıb. Tibbi yardım göstərildikdən sonra həkimlər Özerin sağlamlığının normal olduğu deyib.

Baş nazirin müavini Bəkir Bozdağ yaralı müxbirlə telefonla danışıb. O müxbirə şəfa diləyib.