BAKI, 2 fevral — Sputnik. Rusiyada yeni növ "Kalaşnikov" avtomatı yaradılır. Silah tarixində ən çox ölümə səbəb olan silahlardan sayılan "Ak-47"nin (Kalaşnikov) yeni, modernləşdirilmiş "AK-12" versiyasının kütləvi istehsalına başlanılıb.
"Gələcəyin əsgərləri üçün hazırlandı" loqolu "AK-12" əvvəlki versiya ilə müqayisədə 40 mm-lik mərmi ata bilmə xüsusiyyətinə sahibdir. Sputnik Azərbaycan"Daily Mail"ə istinadən xəbər verir ki, Mixail Kalaşnikovun sovet ordusu üçün 20-ci illərdə hazırladığı və öz adını verdiyi silah asan istifadəsi və təsiri səbəbilə qısa müddət ərzində dünyada böyük şöhrət qazanıb.