BAKI, 2 fevral — Sputnik. Suriyada PYD terrorçularının nəzarətindəki bölgədən Türkiyənin Kilis şəhərinə 2 ədəd raket atılıb. Sputnik Türkiyə xəbər verir ki, raketlər şəhər mərkəzinə düşüb. Hadisə zamanı ölən olmasa da, 1 nəfər xəsarət alıb.
Hatay vilayətinin Reyhanlı bölgəsinə də 3 raket atılıb. Bir nəfər ölüb, yeddi nəfər yaralanıb.
Bölgəyə çoxlu sayda polis, təcili yardım və xilasetmə qrupları cəlb edilib. Təhülkəsizlik qüvvələri olay yerində araşdırmanı davam etdirir.