Bu halda mədə xərçəngi ola bilərsiniz

Kauçuk və kömür işində işləmək, siqaret çəkmək və digər hallar da mədə xərçənginin yaranmasına səbəb olur
Sputnik

BAKI, 2 fevral — Sputnik. Türkiyə mədə xərçənginin çox rast gəlindiyi ölkələr arasındadır və hər il təxminən 20 min nəfərdə mədə xərçəngi aşkarlanır. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda məlumat verən professor Bedirli qeyd edib ki, mədə xərçənginə kişilərdə və 55 yaşdan yuxarı insanlarda daha çox rast gəlinir.

Diet və yemək vərdişləri də mədə xərçənginə yol açan əsas səbəblərdən biridir.

"Duz və nitratlarla zəngin, A və C vitaminlərinin az olduğu diet, duzlanmış qidalar mədə xərçənginə yol açır. Bunun qarşısını almaq üçün meyvə və səbzəli qidalar istifadə etmək lazımıdır. Vitamin B12 əskikliyi də bu xəstəliyi ortaya çıxara bilər. Kauçuk və kömür işində işləmək, siqaret çəkmək və digər hallar da mədə xərçənginin yaranmasına səbəb olur".

Həkim bu xəstəliyin əlamətlərini açıqlayıb. O bildirib ki, ürək bulanma, çəki itirmə, halsızlıq, qusma, iştahsızlıq mədə xərçəngindən xəbər verə bilər.