CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azad Rəhimov: “Azərbaycanda gənclər üçün hər şərait yaradılıb”

Bakı Şəhər halqasının təşkil etdiyi "İllik Gənclər Formu" keçirilib
Sputnik

BAKI, 2 fevral — Sputnik. Bu gün Gənclər Günü münasibəti ilə Bakı Şəhər halqasının təşkil etdiyi "İllik Gənclər Formu" keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, formu giriş sözü ilə gənclər və idman naziri Azad Rəhimov açıb.

O, çıxışı zamanı tədbirdə iştirak edən könüllüləri Gənclər Günü münsibəti ilə təbrik edib və onlara uğurlar arzulayıb: "Bu gün gənclərin günüdür. Gənclər üçün hər şərait yaradılıb, bir çox sahələrdə gənclər üçün şərait var. İqtisadiyyatımız günü-gündən inkişaf edir. Bunun üçün də bizə bacarıqlı insanlar lazımdır. Azərbaycan, eyni zamanda dünyada idman ölkəsi kimi tanınır. Son illər ölkəmizdə mötəbər yarışlar keçirilib. Buna misal kimi Avropa oyunlarını, İslam oyunlarını göstərmək olar. Bunu tək biz keçirməmişik, bu işdə gənclərin də köməyi ilə olub. Biz gənclərə belə yarışlarda iştirak etmək üçün şərait yaradırıq. Bu gün gənclər anlayırlar ki, təhsil və təcrübə olmadan istədikləri karyeranı qura bilməzlər. Ona görə də, gənclərə təcrübə toplamalarına kömək edirik. Eyni zamanda bəzi şirkətlərdə təcrübə qazanması üçün gənclərə dəstək veririk”.

Gənclər Günü münasibəti ilə Bakı Şəhər Halqasının təşkilatçılığı ilə keçirilən "İllik Gənclər Formu"

Nazir idmanın bir çox iş yerlərinin yaranmasına səbəb olduğunu deyib. Bildirib ki, Belarusda keçiriləcək ikinci Avropa Oyunlarında da azərbaycanlı gənc mütəxəssislər iştirak edəcək.

Tədbirdə iştirak edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da çıxış edib və Azad Rəhimova təşəkkür edib: "İnsan qarşısına məqsəd qoyur və illərlə onun ardınca gedir. Könüllülərə baxanda onların simasında ümid və ciddilik görürəm və buna sevinirəm. Əminəm ki, onların qazandığı təcrübə gələcək karyeralarında böyük kömək olacaq".