MƏDƏNİYYƏT

Cəfərov: “120 yaşlı Azərbaycan kinosunun gələcəyinə ümidlə baxırıq”

Kinorejissor Elxan Cəfərov deyir ki, ideoloji cəbhənin ən vacib sahələrindən biri kimi kino ictimai quruculuqda ön sırada dayanır
Sputnik

Elxan Cəfərov: “Azərbaycan kinosu inkişaf edəcək”
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Kinorejissor Elxan Cəfərov Sputnik Azərbaycan-a deyir ki,  Azərbaycan kinosunun gələcəyinə daha ümidlə baxırıq: 

“Bu 120 il ərzində Azərbaycan kinosu böyük bir yol keçib. İnanırıq ki, Azərbaycan kinosu daha da inkişaf edəcək. Azərbaycan kinosu ideoloji cəbhənin ən vacib sahələrindən biri kimi ictimai quruculuqda ön sırada dayanır”.