BAKI, 1 fevral — Sputnik. Yaponiyanın Sapporo şəhərində inzibati binada güclü yanğın baş verib.
APA-nın məlumatına görə, bu barədə NHK telekanalı xəbər verib.
Üçmərtəbəli binada qeydə alınan yanğın nəticəsində 11 nəfər ölüb. Hadisə yerinə gələn yanğınsöndürənlər binadan 5 nəfəri xilas edə biliblər.
İnsidentin səbəbləri araşdırılır.