HADİSƏ

Bakı-Sumqayıt yolundakı qəza ölümlə nəticələnib

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb
Sputnik

BAKI, 1 fevral — Sputnik. Bakıdan Sumqayıta gedən yolda avtomobil piyadanı vuraraq öldürüb.

Sputnik Azərbaycan “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Quba yolunun Abşeron rayonu ərazisinə düşən hissəsində baş verib.

"90-NK-668" dövlət qeydiyyat nişanlı "Mercedes Vito" markalı avtomobil qəfil yola çıxan təxminən 30-35 yaşlı kişini vurub.

Sürücü yaralını xəstəxanaya çatdırsa da, o, həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb.

Araşdırma aparılır.