CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Biz tarixdə mühüm izlər buraxmış xalqıq"

Zaur Məmmədov: "Gənclər tariximizi bilib fəaliyyətlərini bunun əsasında qurmalıdırlar"
Sputnik

BAKI, 1 fevral — Sputnik. 1996-cı ildən indiyədək 2 fevral tarixi Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Bu barədə Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov danışıb.

O bildirib ki, gənclər siyasətinin əsas elementi onların vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır: "Gənclər tariximizi bilib fəaliyyətlərini bunun əsasında qurmalıdırlar. Biz tarixdə mühüm izlər buraxmış xalqıq. Ona görə də tariximizin öyrədilməsi, vətənpərvərlik ruhunun aşılanması üçün keçirilən tədbirlərin əhəmiyyəti böyükdür".