PKK Türkiyəni vurdu: Ölənlər və yaralananlar var

Raketin partlaması nəticəsində 2 hərbçi şəhid olub, 2-si yaralanıb
Sputnik

BAKI, 1 fevral — Sputnik. PKK terrorçuları Türkiyə ərazisini atəşə tutmaqda davam edirlər. Sputnik Azərbaycan xəbər verir ki, PKK üzvlərinin İraqın şimalından atdıqları raket Türkiyənin Hakkari vilayətinin Şemdinli rayonundakı hərbi hissəyə düşüb.

Raketin partlaması nəticəsində 2 hərbçi şəhid olub, 2-si yaralanıb. Yaralı hərbçilər dövlət xəstəxanasına yerləşdiriliblər.

Bu gün səhər saatlarında Türkiyənin Hakkari əyalətinin Çukurca rayonunda PKK terrorçularının Güvən dağında yerləşən hərbi hissəyə raket atılması nəticəsində 1 hərbçi şəhid olub, 5-i yaralanıb.

Türkiyənin Suriya ilə sərhədində yerləşən Kilis şəhəri də yenidən atəşə tutulub. Afrin bölgəsindən atılan raket şəhərdəki restoranlardan birinə düşüb. Hadisə nəticəsində yaralananların olduğu bildirilir.

Xatırladaq ki, bu gün Suriya ərazisindən Türkiyəyə daha iki raket atılıb.