Himnin də cinsini dəyişdilər

Qanun layihəsi Kanada Senatının dünən keçirilən iclasında qəbul edilib
Sputnik

BAKI, 1 fevral — Sputnik. Kanadanın (Canada) dövlət himnində dəyişiklik edilib. Sputnik AzərbaycanCBC-yə istinadən xəbər verir ki, buna səbəb himnin ikinci bəndində keçən bir ifadənin cinsi ayrı-seçkilik kimi dəyərləndirilməsi olub.

Sözügedən bənddə yer alan "bütün oğulların əmrində" (in all THY sons command) ifadəsi "hamımız əmrində" olaraq dəyişdirilib.

Qanun layihəsi Kanada Senatının dünən keçirilən iclasında qəbul edilib. Qanunun qüvvəyə minməsi üçün Britaniya kraliçası 2-ci Yelizavetanın (Elizabeth) təsdiqi olmalıdır.

Qeyd edək ki, layihə, deputat seçildikdən bir neçə ay sonra həyatını itirən Liberal Partiya Ottavadan millət vəkili Maurik Belanqer (Mauric Belanger) tərəfindən tərtib edilmişdi.