HADİSƏ

İçərisində azərbaycanlıların olduğu daha bir gəmi qəzaya uğradı

Moldova bayrağı altında fəaliyyət göstərən gəminin ekipajını Ukrayna və Azərbaycan vətəndaşları təşkil edir
Sputnik

BAKI, 1 fevral — Sputnik. Qara dənizdə, Krım yaxınlığında Moldovaya məxsus quru yük gəmisi "Berq" qəzaya uğrayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, hadisə zamanı gəminin korpusu zədə alıb.

Gəminin göyərtəsində 12 nəfərin olduğu bildirilir. Məlumata görə, Moldova bayrağı altında fəaliyyət göstərən gəminin ekipajını Ukrayna və Azərbaycan vətəndaşları təşkil edir. Vətəndaşlar evakuasiya edilib və gəminin korpusu texniki müayinə edilir. Faktla bağlı araşdırma aparılır.