BAKI, 1 fevral — Sputnik. Türkiyənin paytaxtı Ankarada güclü partlayış olub. Sputnik AzərbaycanSözçü-yə istinadla xəbər verir ki, partlayışın səsi paytaxtın bir çox ərazilərində eşidilib.
İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub. Ankara valisi Erkan Topaca hadisə zamanı binanın boş olduğunu və bu səbəbdən də ölənlər olmadığını bildirib.
Buna baxmayaraq, polis əməkdaşları hadisə yerində araşdırma aparırlar.