Terrorçular pusqudan hücum ediblər: Türkiyə yenə şəhid verdi

Nəticədə 1 mülki nəzarətçi öldürülüb, 1 əsgər və daha 1 mülki nəzarətçi ağır yaralanıb
Sputnik

BAKI, 31 yanvar — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin hərbi konvoyuna hücum edilib. Sputnik Azəfbaycan DHA-ya istinadən xəbər verir ki, xain hücum nəticəsində ölən və yaralananlar var.

TSK-nın yaydığı məlumata görə, konvoya hücum Suriyanın İdlib vilayətində həyata keçirilib. İdlibdəki Atəşkəsə Beynəlxalq Nəzarət çərçivəsində fəaliyyət göstərən türk hərbi konvoyu terror təşkilatı üzvlərinin hücumuna məruz qalıb. Nəticədə 1 mülki nəzarətçi öldürülüb, 1 əsgər və daha 1 mülki nəzarətçi ağır yaralanıb.