Nəsiman Yaqublu: “Rəsulzadənin əsərləri öyrənilməlidir”
“Bu gün təkcə Azərbaycan xalqına aid deyil, bütün türk dünyasının böyük bir şəxsiyyəti dünyaya göz açıb”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında tarixçi-alim Nəsiman Yaqublu deyib.
“Çünki Rəsulzadənin qurduğu cümhuriyyət, eyni zamanda bütün türk-müsəlman dünyasında baş verən siyasi hadisədir. Ona görə də onun doğum günü böyük fəxarət hissi ilə qarşılanır. Rəsulzadənin əsərləri öyrənilməli, çap edilməlidir”, — deyə o bildirib.
Qeyd edək ki, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 134-cü ildönümüdür.