Fransa prezidenti Türkiyəyə xəbərdarlıq etdi

Emmanuel Makron: "Türkiyə Suriyanın şimalında apardığı əməliyyata dair müttəfiqləri ilə daim koordinasiya halında olmalıdır"
Sputnik

BAKI, 31 yanvar — Sputnik. Fransa prezidenti Emmanuel Makron (Emmanuel Macron), "Le Figaro" qəzetinə Türkiyənin Suriyaya başlatdığı hərbi əməliyyatı dəyərləndirib. Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir ki, Makron əməliyyatın işğala dönməməli olduğunu bildirib.

"Bu hərbi əməliyyat terrorla mübarizə çərçivəsində qalmalı və işğala çevrilməməlidir. Bununla bağlı Türkiyəyə xəbərdarlığımızı etmişik. Əgər bu əməliyyat Türkiyə sərhədinə qarşı potensial təhdidlərlə mübarizədən azaraq işğala çevrilsə, bu, artıq bizim üçün əsl problemə çevrilər", — prezident vurğulayıb.

Emmanuel Makron əlavə edib ki, Türkiyə Suriyanın şimalında apardığı əməliyyata dair müttəfiqləri ilə daim koordinasiya halında olmalıdır.