Türk ordusu 12 gündə məhv etdiyi terrorçuların sayını açıqlayıb

Türkiyə Silahlı Qüvvələri Afrin əməliyyatını Azad Suriya Ordusu döyüşçüləri ilə birlikdə aparır
Sputnik

BAKI, 31 yanvar — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yanvarın 20-də Suriyanın şimalındakı Afrin bölgəsinə başlatdığı hərbi əməliyyatda öldürdüyü terrorçuların sayını açıqlayıb.

"Zeytun budağı” əməliyyatı zamanı 712 PYD-li terrorçu məhv edilib", — ordudan bildirilib.

Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, əməliyyatın 12-ci günündə İŞİD və PKK terror təşkilatlarının mövqeləri və silah-sursat anbarları kimi istifadə etdikləri 22 hədəf bombalanaraq məhv edilib. Təkcə bu səhərdən etibarən 63 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Afrin əməliyyatını Azad Suriya Ordusu döyüşçüləri ilə birlikdə aparır.