RUSİYA

Maskalılar biznes mərkəzində atışma törətdilər: Yaralananlar var

İlkin məlumatlara əsasən, atışmanı biznes mərkəzinə daxil olunmuş maskalı şəxslər törədiblər
Sputnik

BAKI, 31 yanvar — Sputnik. Moskva şəhərinin mərkəzindəki "Svyatoqor" biznes mərkəzində atışma baş verib. 

Bu barədə Sputnik AzərbaycanRusiya mətbuatına istinadən məlumat verir. 

Hadisə nəticəsində xəsarət alanlar var. İlkin məlumatlara əsasən, atışmanı biznes mərkəzinə daxil olunmuş maskalı şəxslər törədiblər.