Dünyanın ən məşhur "iki qardaş"ının sirri çözüldü

İki qardaşın əslində doğma qardaş olmadığı üzə çıxıb
Sputnik

BAKI, 31 yanvar — Sputnik. İngiltərənin Mançester muzeyində saxlanılan "İki qardaş" adlı mumiyanın sirri tapılıb. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, mumiyanı 1907-ci ildə Birləşmiş Krallığın ilk misirşünas qadın alimi olan Marqarit Murray aşkar edib. İndi 4 min il yaşı olan mumiya qardaşları ilə bağlı əsl həqiqət ortaya çıxıb.

"İki qardaş" adlı mumiya
"İki qardaş" adlı mumiya

Khum-nakht və Nakht-ankh adlı iki qardaşın Miladdan öncə 1800-cü illərdə dünyaya gəldiyi fərz edilirdi. Onlar Misirin paytaxtı Qahirədən 400 km cənubdakı Deyir Rifeh qəsəbəsində yaşayıblar. 4 min il öncə antik Misirin elit rayonunda yaşayan qardaşların dişlərindən götürülən nümunənin DNT analizi maraqlı faktı ortaya çıxarıb. Belə ki, DNT analizi bu iki qardaşın əslində ögey qardaş olduğunu göstərib. Dünyanın ən məşhur qardaşları eyni anadan olsalar da, ataları eyni olmayıb.