BAKI, 31 yanvar — Sputnik. 2 fevral tarixi 1997-ci ildən MDB və Şərqi Avropa ölkələri içərisində ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. 1997-ci ildə Azərbaycan prezidenti Heydər Əliyev Azərbaycan Gənclərinin Birinci Ümumrespublika Forumunun keçirildiyi günün – 2 fevralın "Azərbaycan Gənclər Günü" kimi qeyd olunması haqqında sərəncam imzalayıb.
Gənclər Gününü qeyd etmək ənənəsi öz başlanğıcını 1996-cı ilin 2 fevralında respublikanın müxtəlif guşələrindən olan 2 minədək gəncin toplaşdığı Gənclərinin Birinci Ümumrespublika Forumundan götürüb. Həmin forum dövlət orqanları, gənclər təşkilatları və hər bir gəncin qarşısında duran vəzifələri müəyyən edib.
Bu gün Azərbaycanın gənclər təşkilatlarının qarşısında hansı vəzifələr durur və ölkəmizdə gənclər siyasəti necə həyata keçirilir? Bu barədə 1 fevral saat 12.00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək tədbirin iştirakçıları danışacaq.
Tədbirin moderatoru Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov olacaq. Tədbirdə gənc fəallar, ölkə ali məktəblərinin tələbələri iştirak edəcəklər.
Əlaqə üçün
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Mətbuat prospekti, 529-cu məhəllə, 23 M (4-cü mərtəbə) ünvanında keçiriləcək.