Tofiq Abbasov: “Sanksiyalar ABŞ-ın Rusiyaya olan qərəzini göstərir”
ABŞ Maliyyə Nazirliyi Konqresin 2017-ci ilin iyulunda qəbul etdiyi və avqustun 2-də prezident Donald Tramp tərəfindən imzalanaraq qüvvəyə minən sanksiya qanunu əsasında hazırladığı “Kreml hesabatı” adlı sənədi qanunverici orqana təqdim edib.
Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a deyir ki, bu sanksiyalar arxada qalmış “soyuq müharibə”nin başqa çalarla meydana gəlməsi ilə nəticələnəcək:
“ABŞ hücum mövqeyindədir. Bu sanksiyalar həm də ABŞ-ın Rusiyaya qarşı qərəzini göstərir. ABŞ çalışır ki, Rusiyanın mövqelərini zəiflətsin”.