BAKI, 31 yanvar — Sputnik. ABŞ-da içərisində Konqres üzvləri olan qatarla yük maşınının toqquşması nəticəsində azı bir nəfər ölüb.
APA-nın verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.
“Hadisə nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər ağır yaralanıb. Konqres üzvləri arasında zərərçəkən olmayıb”, — deyə S.Sanders qeyd edib. Onun sözlərinə görə, prezident Donald Tramp insidentlə bağlı məlumatlandırılıb.
Qeyd edək ki, bu gün Virciniya ştatında Nümayəndələr Palatasının spikeri Pol Rayan daxil olmaqla, içərisində Respublikaçı konqresmenlərin olduğu qatar zibil daşıyan yük maşını ilə toqquşub.