SƏHİYYƏ

Vətəndaşlara qısamüddətli yardımlar edilə bilər

Millət vəkili: "Çox ağır vəziyyətdə olan vərəm xəstələrinə müalicə kursu müddətində qısa müddətli yardımların edilməsi müsbət olar"
Sputnik

BAKI, 30 yanvar — Sputnik. "Azərbaycanda çox ağır vəziyyətdə olan vərəm xəstələrinə müalicə kursunun aparıldığı müddətdə qısamüddətli yardımların edilməsi müsbət addım olar".

Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentdə keçirilən "Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə" mövzusunda dinləmədə Milli Məclisin Səhiyyə komitəsinin üzvü Sədaqət Vəliyeva deyib. Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi belə insanların həyat şəraitini yaxşılaşdırmaq üçün onlara qısamüddətli yardımların verilməsi məsələsinə baxa bilər.

"Onlara həyat şəraitlərini yaxşılaşdırmaq üçün, heç olmasa, kurs müddətində yardım verilsin. Bununla çox ailələrə kömək etmiş olarıq", — deputat bildirib.