Türkiyə ordusu Afrində 616 terrorçunu məhv edib

Kürdlərin 44 obyekti bir gündə məhv edildi
Sputnik

BAKI, 30 yanvar — Sputnik. Türkiyə silahlı qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı antiterror əməliyyatı nəticəsində 616 kürd yaraqlısı məhv edilib.

Sputnik Türkiyə-nin məlumatına görə, bu barədə Türkiyə ordusunun Baş Qərargahının verdiyi bəyanatda bildirilir.

Türkiyə ordusunun Afrində keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində yanvarın 29-da PYD, YPG və İŞİD terror təşkilatlarına məxsus 44 obyekt dağıdılıb.

"Zeytun budağı" əməliyyatlarına yanvarın 20-də başlanılıb. Əməliyyatlar həm havadan, həm də qurudan aparılır.