TƏHLİL

Sadıxov: “Türkiyə Amerika ilə razılığa gəlib”

Politoloq Fikrət Sadıxov deyir ki, rəsmi Ankara həm siyasi, həm də hərbi yolla sərhədlərində təhlükəsizliyi təmin etməyə çalışır
Sputnik

Fikrət Sadıxov: “Türkiyə sərhədlərini qoruyur”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Suriyadakı əməliyyatları genişləndirmək niyyətini təkrar edərək, kürd terror qrupları ilə əlaqəli olan döyüşçüləri hədəfə almağa davam edəcəklərini bildirib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, Suriyada anti-terror əməliyyatlarının birinci fazası yekunlaşıb:  “Türkiyə həm siyasi, həm də hərbi yolla sərhədlərini qoruyur. Bu əməliyyatlar da onu göstərdi ki, Türkiyə sərhədlərində təhlükənin mövcudluğu ilə razılaşmayacaq”.