CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayıldakı sürüşmə zonasından yeni xəbər var

Bu gün də qrup qazma işləri davam etdirilib
Sputnik

BAKI, 30 yanvar — Sputnik. "Bayılda "Teleqüllə" sürüşmə ərazisində dünəndən bu günə heç bir aktivlik qeydə alınmayıb".

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib. O bildirib ki, dünən "Teleqüllə" sürüşmə zonasında mayaklar qoyulub. Bu gün də qrup qazma işləri davam etdirilib: "Əməkdaşlarımız ərazidədir, araşdırma aparırlar. Dünən qoyduğumuz mayakların üzərində heç bir dəyişiklik yoxdur. Stabillikdir, yəni heç bir aktivlik qeydə alınmayıb".