Şahzadələr azadlığa buraxıldı

Tutulan 11 nəfər şahzadə ilə yanaşı, polis nəzarətində olan 320 biznesmen də azad edilib
Sputnik

BAKI, 30 yanvar — Sputnik. Səudiyyə Ərəbistanında 5 noyabr 2017-ci ildə korrupsiya ilə mübarizə adı altında həbs edilən və paytaxt Riyaddakı lüks hoteldə saxlanılan bütün şahzadələr azadlığa buraxılıb. Sputnik xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı hökumətinə yaxın mənbədən bildirilib.

Tutulan 11 nəfər şahzadə ilə yanaşı, polis nəzarətində olan 320 biznesmen də azadlığına qovuşub.

Qeyd edək ki, bir çox analitiklər 3 ay əvvəl gerçəkləşən həbsləri yeni vəliəhd şahzadə Məhəmməd bin Salmanın ətrafındakılara öz gücünü göstərməsi kimi qələmə vermişdilər.