CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məhkumlara xoş xəbər: Əfv olacaq

Əfv sərəncamının Novruz bayramı ərəfəsində imzalanması gözlənilir
Sputnik

BAKI, 30 yanvar — Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. Sputnik AzərbaycanAPA-ya istinadən xəbər verir ki, komissiyaya əfvlə bağlı 1000-dən çox müraciət daxil olub, bu gün 100-dək müraciətə baxılıb.

Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.

Əfv sərəncamının Novruz bayramı ərəfəsində imzalanması gözlənilir.