İQTİSADİYYAT

Manat xarici valyuta qarşısında bahalaşdı

Mərkəzi Bank bu günə olan rəsmi məzənnələri açıqlayıb
Sputnik

BAKI, 30 yanvar — Sputnik. Yanvar ayının 30-na Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi yanvarın 29-u ilə müqayisədə dəyişməyərək 1,7001 manat olub. Avro/manat məzənnəsi 2.1029 manata düşüb, rubl/manat məzənnəsi isə 0,0302 manatda qalıb.

Yanvarın 29-da rəsmi olaraq 1 dollar 1,7001 manata, 1 avro 2.1104 manata, 1 rubl 0,0302 manata bərabər idi.

Qeyd edək ki, bu gün Mərkəzi Bankda valyuta hərracının keçiriləcəyi gözlənilir.