BAKI, 30 yanvar — Sputnik. Haqlarında boşanma xəbərləri gəzən türkiyəli müğənni Mustafa Sandal və özü kimi müğənni olan həyat yoldaşı serbiyalı Emina Sandal uşaqları ilə birgə Avstriyaya tətilə yollanıblar. Yerli media cütlüyün evliliklərinin 10-cu ildönümünü Londonda qeyd etdiklərini yazıb.
Sputnik Azərbaycan"Hürriyet"ə istinadən xəbər verir ki, Emina "2 oğlumuz var, 3-cü övladımızın qız olmasını istəyirik" deyib. Avstriyada çəkdirdikləri şəkilləri "Instagram" səhifəsində paylaşan Sandal ailəsi bəzi tənqidlərə də məruz qalıb.
İnsanların çoxu düşünür ki, boşanma xəbərləri Mustafa Sandalın yeni albomunun çıxması ərəfəsində reklam məqsədilə yayılıb.