CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərsu" üzr istəyir: Su olmayacaq

Pirallahı qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq
Sputnik

BAKI, 30 yanvar — Sputnik. Bu gün Pirallahı qəsəbəsinin içməli su ilə təchizatında məhdudiyyətlər olacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

O bildirib ki, Bakı şəhəri Pirallahı qəsəbəsini içməli su ilə təchiz etmək məqsədilə yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar yanvarın 30-da gün ərzində Pirallahı qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.