HADİSƏ

Bakıda sürücülərlə bağlı yenə qalmaqal yaşandı - VİDEO

Onların qayda pozmaları digər sürücülərin etirazına səbəb olub
Sputnik

BAKI, 30 yanvar — Sputnik. Bakıda Süleyman Əhmədov küçəsində yaranan problemə görə hərəkətin təşkilində dəyişiklik olunub. Lakin bəzi sürücülər həmin küçədəki dəyişikliyə əhəmiyyət verməyərək qaydaları pozmaqda davam edirlər.

Sputnik Azərbaycan Avtosfer-ə istinadən xəbər verir ki, yanvarın 23-də Nobel prospektindən sağa — Süleyman Əhmədov küçəsinə dönən 57 nömrəli xətt üzrə fəaliyyət göstərən 90-RB-788 qeydiyyat nişanlı "İsuzu" markalı avtobusun sürücüsü və 10-ZO-802 qeydiyyat nişanlı "Mercedes" markalı minik avtomobilinin sürücüsü 1.1 bütöv xəttinin tələbini pozaraq geriyə dönüblər. Onların qayda pozmaları digər sürücülərin etirazına səbəb olub.