Azərbaycanda bütün hərbi hissələrdə döyüş məşqləri keçirildi - FOTOLAR

Tədris prosesi quruda, dənizdə, havada real təhdid və risklərin nəzərə alınması ilə təşkil edilərək keçiriləcək
Sputnik

BAKI, 30 yanvar — Sputnik. Azərbaycan Ordusunun qoşun növ və qisimlərinin birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrü başlayıb.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin saytın istinadən xəbər verir ki, bütün hərbi hissələrdə mitinqlər təşkil edilib və burada tədris dövrü üçün əsas məqsədlər, vəzifələr, eləcə də, onların icra qaydaları diqqətə çatdırılıb.

1 / 4
Qoşunlarda yeni tədris dövrü başlayıb
2 / 4
Qoşunlarda yeni tədris dövrü başlayıb
3 / 4
Qoşunlarda yeni tədris dövrü başlayıb
4 / 4
Qoşunlarda yeni tədris dövrü başlayıb

Ordumuzda tədris prosesi Ali Baş Komandanın tələblərinə, müdafiə nazirinin əmr və sərəncamlarına müvafiq olaraq döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə quruda, dənizdə, havada real təhdid və risklərin nəzərə alınması ilə təşkil edilərək keçiriləcək.

Dərslərin ilk günü bütün hərbi hissələrdə yüksək effektivlik və keyfiyyəti ilə fərqlənən döyüş hazırlığı üzrə məşqlər keçirilib.