HADİSƏ

Bakının əsas prospekti hər iki istiqamətə bağlandı

Dörd nəqliyyat vasitəsinin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib
Sputnik

BAKI, 29 yanvar — Sputnik. Bakı şəhərinin ən böyük prospektlərindən birində sıxlıq yaranıb. Sputnik Azərbaycan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinə istinadən xəbər verir ki, Heydər Əliyev prospektində 4 nəqliyyat vasitəsinin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Nəticədə hər iki istiqamətdə sıxlıq yaranıb.

Heydər Əliyev prospektində 4 nəqliyyat vasitəsinin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib