CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaşların kütləvi şikayətləri araşdırılıb və qərar verilib

"Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun layihəsi müzakirə edilib
Sputnik

BAKI, 29 yanvar — Sputnik. Yanvarın 29-da Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyində komitənin 2017-ci il payız sessiyası dövründə gördüyü işlər, 2018-ci il yaz sessiyası üçün iş planı və "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun layihəsi olub.

"Ad və soyadlar haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarılacaq

Komitə sədri Rafael Hüseynov deyib ki, hesabat dövründə komitənin 3 iclası keçirilib və 10 məsələ müzakirə olunub. Onlardan 8-i qanun layihəsidir. Həmin iclaslarda "Muzeylər haqqında", "Mədəniyyət haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Telekommunikasiya haqqında", "Televiziya və radio yayımı haqqında" və digər qanunlarda dəyişikliklər müzakirə edilib.

Onun sözlərinə görə, payız sessiyasında komitədə vətəndaşlardan, habelə idarə, müəssisə və təşkilatlardan daxil olmuş 126 təklif, ərizə və şikayətə baxılıb. Bu müraciətlərdən 77-si tədbir görülməsi üçün müvafiq orqanlara göndərilib, 49 müraciət isə işə alınıb. Komitə sədri tərəfindən 16 vətəndaş qəbul edilib.

İclasda "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun layihəsi müzakirə edilib. Qeyd edək ki, qanun layihəsi 4 fəsil, 9 maddədən ibarətdir.